Premyer Liqa: “Turan Tovuz” “Kəpəz”ə Qəbələdə uduzdu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 30-cu turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

Günün yeganə matçı Qəbələdə “Kəpəz”lə “Turan Tovuz” arasında keçirilib. Gəncə şəhər stadionunun qazonu yararsız vəziyyətə düşdüyündən, budəfəki qərb derbisi məhz Qəbələdə baş tutub.

Bu görüşün taleyini bir qol həll edib. Gəncə təmsilçisi ilk dəqiqələrdə vurduğu yeganə qol sayəsində meydanı qələbə ilə tərk edib.

“Kəpəz” bu qələbə sayəsində özündən öndə qərarlaşmış “Turan Tovuz”la xal fərqini minimuma endirib. Belə ki, hazırda Tovuz təmsilçisi 29 xalla 6-cı, “Kəpəz” isə 28 xalla 7-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, ilk oyun günündə “Zirə” evdə “Səbail”ə 3:1, “Qəbələ” isə səfərdə “Neftçi”yə 2:1 hesabıyla qalib gəlmişdi.

Tura sabah keçiriləcək “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası

30-cu tur
15 aprel

“Kəpəz” – “Turan Tovuz” 1:0
Qol: Abdullahi Şuaybu, 8.
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 38.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə.
Qəbələ şəhər stadionu, 16:00.

Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Georgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse.
Baş məşqçi: Tərlan Əhmədov.
Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Hüseynov.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 23. Okebuqvu Henri.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: