Premyer Liqa: “Zirə” “Turan Tovuz”la ev oyununda məğlub oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2022/2023 mövsümünün 32-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün baş tutan ikinci oyunda “Zirə” ilə “Turan Tovuz” komandaları üz-üzə gəliblər.

Zirədə keçirilən oyun məhsuldar alınıb. Dörd qolun qeydə alındığı matçda qonaqlar inamlı qələbəyə seviniblər.

Xatırladaq ki, ilk oyun günündə “Kəpəz” “Sumqayıt”a, “Şamaxı” isə “Sabah”a 0:1 hesabıyla uduzmuşdu. Bu gün isə “Qəbələ” evdə “Səbail”ə 4:2 hesabıyla qalib gəlmişdi.

32-ci tura sabah keçiriləcək “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq.

Azərbaycan Premyer Liqası
32-ci tur
1 may

“Zirə” – “Turan Tovuz” 1:3
Qol: Loris Broqno, 86 – Şəhriyar Əliyev, 3. Natan Oduva, 47. Roderik Miller, 60.
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Eyyub İbrahimov, Vüqar Həsənli.
Zirə İdman Kompleksinin stadionu, 20:00.

Zirə: 1. Mehdi Cənnətov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 19. Vladislav Kulaç, 14. Hamidu Keyta (k), 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 26. Nemanya Andelkoviç, 28. Abbas İbrahim, 6. Eldar Quliyev.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 91. Coşqun Diniyev, 66. Pərviz Azadov, 38. Ramiz Muradov, 9. Loris Broqno, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
Turan Tovuz: 13. Mehman Hacıyev, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 99. Veysəl Rzayev, 88. Faiq Hacıyev, 55. Siyanda Xulu, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiç, 19. Runi Eva.
Ehtiyat oyunçular: 98. Elxan Qasımov, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 8. Şakir Seyidov, 6. Turan Vəlizadə, 15. Vüsal Məsimov, 24. Divayn Naa, 9. Belaydi Pusi, 11. Ayxan Hüseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: