Premyer Liqada 11-ci turun oyun cədvəli bilindi

Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyun cədvəli məlum olub. Arena.az xəbər verir ki, növbəti turun görüşləri 19, 20 və 21 noyabrda keçiriləcək.

Turun açılış matçında lider “Qarabağ” “Keşlə”ni sınağa çəkəcək.

İkinci oyun günündə “Zirə” “Səbail”i, “Neftçi” isə “Sabah”ı qəbul edəcək.

Sonuncu oyun günündə “Qəbələ” ilə “Sumqayıt” komandaları qarşılaşacaq.

Azərbaycan Premyer Liqası
11-ci tur
19 noyabr

“Qarabağ” – “Keşlə”
Bakı. “Azərsun Arena”, 19:00.

20 noyabr

“Zirə” – “Səbail”
Zirə İdman Kompleksinin stadionu, 16:00.

“Neftçi” – “Sabah”
Bakı. “Bakcell Arena”, 18:15.

21 noyabr

“Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu, 16:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: