PSJ-dən Mbappe üçün sadiqliyi müqabilində 40 milyon avro!

Fransa çempionu PSJ-nin ulduz hücumçusu Kilian Mbappe Paris nəhəngindən böyük məbləğdə mükafat ala bilər.

Arena.az bu barədə “RMC Sport”a istinadən xəbər verir.

Məlumata görə, ulduz hücumçu iyulun sonuna qədər komandanı tərk etməsə, sadiqliyi müqabilində nəzərdə tutulmuş bonuslarının bir hissəsini alacaq. Bu məbləğ 40 milyon avro təşkil edir.

Bundan əlavə, Paris klubu bu xüsusda çox qıcıqlanır. Çox güman ki, PSJ-nin prezidenti Nasser Əl-Xelaifinin Mbappenin iki həftə ərzində gələcəyi ilə bağlı qərar verməyə mükəlləf olması ilə əlaqədar son açıqlaması, məhz bonusların bu hissəsini ödəmək istəməməsi ilə bağlıdır.

Xatırladaq ki, mətbuatda Mbappenin PSJ-yə münasibəti heç də birmənalı qarşılanmır. Ən böyük problemi isə komanda yaşayır, məşqçi heyəti, kollektivi Mbappe ətrafında ya Mbappesiz quracağını hələ də müəyyən edə bilməyib.

Daha bir məlumatda isə Mbappenin yaxınlarda “Real”a keçəcəyi iddia edilmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: