Geridə qalan mövsümdə Fransa çempionu olan PSJ ulduz hücumçusu Kilian Mbappenin komandadakı gələcəyindən əmin deyil.
Arena.az bu barədə jurnalist-insayder Ramon Alvares de Mona istinadən xəbər verir.
Mənbənin məlumatına görə, Fransa klubu Mbappenin 2024-cü ildə, parislilərlə müqaviləsi başa çatdıqdan sonra “Real”la müqavilə imzalayacağını təxmin edir. Eyni zamanda, Paris klubu hücumçunu cari ilin yay transfer pəncərəsində satmağın vacibliyinə şübhə edir.
Xatırladaq ki, bir müddət əvvəl “Real”ın prezidenti Florentino Peres “Kral Klubu”nun azarkeşinin sualını cavablandırarkən, klubun Mbappe ilə müqavilə imzalayacağını, lakin bunun 2023-cü ildə olmayacağını bildirib.
24 yaşlı Mbappe artq geridə qalmış mövsümdə PSJ-nin heyətində 43 oyuna çıxıb. O, bu oyunlarda 41 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib və parislilərlə Fransa çempionluğunu qazanıb.
“Transfermarkt” internet-portalı Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


