PSJ keçmiş oyunçusu, “Real”da çıxış edən 26 yaşlı fransalı ulduz hücumçu Kilian Mbappenin məhkəmənin hökmü ilə cərimələnməsini istəyir.
Arena.az bu barədə “RMC Sport” dərgisinə istinadən məlumat verir.
Mayın 12-də PSJ məhkəmədə, Kilian Mbappenin klubdan borc olaraq tələb etdiyi 55 milyon avro məbləğində pul vəsaitinə həbs qoyulmasının ləğvini tələb edib.
Xatırladaq ki, cari ilin aprel ayının əvvəlində Mbappe məhkəmə vasitəsilə, PSJ tərəfindən ona ödənilməmiş əməkhaqqı və əlavə üstəliklər olaraq 55 milyon avro məbləğ təşkil etmiş pul vəsaitinə həbs qoyulmasına nail olub.
Sonuncu məhkəmə dinləməsi zamanı Paris klubu ədalət təmsilçilərini inandmağa çalışıb ki, PSJ Mbappeyə yox, məhz Mbappe PSJ-yə pul ödəməlidir.
Bazar ertəsi günü PSJ-nin vəkilləri hakimlər qarşısında çıxış edərkən, bildiriblər ki, Mbappe Paris klubundan “pul çəkmək” üçün kifayət qədər sübut təqdim etməyib. PSJ məhkəməni inadırmağa çalışıb ki, 2023-cü ilin yayında klub və Mbappe belə bir şifahi razılığa gəliblər ki, Kilian “Real”a keçidi müqabilndə PSJ-yə təzminat haqqı ödənilməməklə Paris klubundan ayrılacağı üçün, ona, müqaviləsinin sonunda müqavilə şərtləri üzrə çatacaq vəsaitdən imtina özü edib.
Həmçinin PSJ Mbappeyə qarşı iddia qaldırıb: “Kilian Mbappe klubun simasına xələl gətirmiş və ziyan vurmuş “çərənləmələrinə” görə PSJ-yə 98 milyon avro məbləğində təzminat haqqı borcludur.
Vurğulanır ki, PSJ iddiasının məqsədinin, 98 milyon avro məbləğində vəsaitin geri qaytarılması deyil, Mbappenin Paris klubuna borclu olmasını göstərməkdir. PSJ Mbappein bu işdə Paris klubuna qarşı bütün tələblərini əsassız sayır.


