PSJ Mbappeyə görə “Real”dan FIFA-ya şikayət edəcək?!

PSJ hücumçusu Kilian Mbappe ətrafında yaranmış vəziyyərə dair “Real”ın davranışından FIFA-ya rəsmi şikayət ünvanlaya bilər.

Arena.az bu barədə “The Telegraph”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, parislilər Mbappenin çoxdandır ki, gələn yay “Real”a azad agent qismində havayı keçidi və bunun müqabilində 160 milyon avro alacağını ilə bağlı razılığa gəldiyini hesab edirlər. Məhz bu gizli anlaşmaya əminlik nəticəsində PSJ-nin ulduz futbolçusunu satışa çıxardığı deyilir. Həmçinin PSJ Mbappeni komandanın Yaponiya turundan xaric edib.

Qaydalara görə, klubun icazəsi olmadan futbolçu ilə danışıqlar aparmaq, futbolçunun cari klubu ilə müqavilə müddətinin bitməsinə yalnız altı ay qalmış mümkündür. Əks halda, bütün danışıqlar qaydaların pozulmasını ehtiva edir ki, PSJ rəhbərliyi məhz bu məqamı əsas tutaraq “Kral klubu”ndan FIFA-ya şikayətçi ola bilər.

Xatırladaq ki, daha əvvəl Mbappenin PSJ ilə müqaviləsini yeniləməkdən imtina etdiyi bildirilirdi. Ulduz hücumçunun karyerasını davam etdirmək üçün əsas variantı “Real”dır. Müştərilər arasında icarə təklifi etmiş “Liverpul” və “Çelsi” var. Səudiyyə Ərəbistanı “Əl-Hilal”ının konkret təklifi isə Mbappe tərəfindən rədd edilib, ancaq ərəblər hələ də ümidlidirlər.

Xəbəri sosial şəbəkələrdə paylaş: