Fransa yığmasının sabiq hücumçusu Kristof Düqarri PSJ-nin baş məşqçisi, ispan mütəxəssis Luis Enrikeni tənqid edib.
Arena.az “RMC Sport” dərgisinə istinadən, Düqarrinin müvafiq xüsusda fikirlərini təqdim edir:
“Düşünürəm ki, Luis Enrike elə, əvvəldən PSJ üçün tamamilə uyğunsuzdur. O, təxribatçıdır. Onun şişirdilmiş eqosu var. O, hələ də oyun üçün düzgün formul tapmayıb və Mbappedən yapışır. Məncə, Luis Enrike Kilian Mbappeni sevmir. Onun oynama tərzini, davranışını. Bunun səbəbi Enrikenin şişirdilmiş eqosunun olmasımı və özünün də ulduz olmaq istəməsimi, yoxsa onun müəyyən ispan futbol baxışı olmasımıdır? Bu barədə heç nə bilmirəm. Amma düşünürəm ki, o, Kilian Mbappeni sevmir”, deyə Düqarri vurğulayıb.
Xatırladaq ki, Kilian Mbappenin qarşıdakı yay transfer pəncərəsində PSJ-dən ayrılaraq “Real”a keçə biləcəyinin artıq bir zaman məsələsi olduğu vurğulanır.


