PSJ-nin prezidenti Harri Keynin ailəsi ilə görüşdü

PSJ-nin sahibi Nasser Əl-Xelaifi “Tottenhem”in və İngiltərə millisinin hücumçusu Harri Keynin atası və qardaşı ilə görüş keçirib.

Arena.az bu barədə “Sports Zone”a istinadən xəbər verir.

Məlumatda Paris klubunun 29 yaşlı hücumçu ilə müqavilə imzalamaq istəyində olduğu bildirilir. Müqavilənin hətta tezliklə PSJ-yə baş məşqçi təyin olunacaq Luis Enrike tərəfindən də təsdiqləndiyi iddia olunur.

Xatırladaq ki, Harri Keynin transferində ən maraqlı tərəf “Bayern”dir. Keynin özünün də Münhen klubunda karyera qurmaq arzusunu ifadə etdiyi vurğulanır. Digər tərəfdən Erik ten Haqın “Mançester Yunayted”i də Keyni diqqətdə saxlayır.

Harri Keyn “Tottenhem”in yetirməsidir. Keyn karyerası boyunca “mahmızlar”ın heyətində 435 oyun keçirib, 280 qol vurub, 64 məhsuldar ötürmə verib.

Tərəflər arasında müqavilə 2024-cü ilin yayında başa çatacaq və məhz bu səbəbdən də “Tottenhem”in öz liderinin satışından ciddi gəlir əldə etmək üçün son fürsəti olduğu vurğulanır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: