PSJ-nin prezidenti Nasser Əl-Xelaifi bu gün ümumi qrupla məşqləri bərpa etmək üçün icazə almış fransalı hücumçu Kilian Mbappe haqda danışıb.
Arena.az bu barədə jurnalist Fabrisio Romanoya istinadən məlumat verir:
“Kilian PSJ-yə sadiqdir. Kilian qayıtdı”, – mənbə Əl-Xelaifidən sitat gətirir.
PSJ-nin prezidentinin bunu Luis Enrikenin bütün komandası qarşısında dediyi vurğulanır. Mbappenin PSJ-nin növbəti qarşılaşmasında – avqustun 19-da Fransa çempionatı çərçivəsində “Tuluza”ya qarşı oyunda iştirak edə biləcəyi deyilir.
“Loryan”la oyundan əvvəl PSJ və Kilian Mbappe arasında çox yaradıcı və müsbət danışıqlardan sonra futbolçu bu gün səhər saatlarında əsas komandanın məşq heyətinə bərpa edilib”, – Fabriso Romano PSJ-nin bəyanatını təqdim edib.
Xatırladaq ki, bu gün, avqustun 13-də Mbappenin bir ildən sonra “Real”a keçməsinə icazə və buna təminat veriləcəyi təqdirdə, PSJ ilə gələn ilin yayında başa çatacaq müqaviləsini uzatmağa razı olduğu bildirilmişdi. Bundan da daha əvvəl bildirilmişdi ki, Mbappe 2024-cü ilin yayına qədər qüvvədə olan müqaviləsi başa çatana qədər PSJ-dən ayrılmamaq barədə son qərarı verib.
PSJ-nin Kilianı bu transfer pəncərəsində sata bilməyəcəyi halda, ulduz futbolçunu 2023/2024 mövsümündə əsas komandadan kənarlaşdırmağa hazır olduğu bildirilmişdi.


