PSJ-nin sabiq futbolçusu: “Messinin başı çatmır”

PSJ-nin sabiq futbolçusu Jerom Roten argentinalı hücumçu Lionel Messini bu komandada oynayarkən yol verdiyi davranışa görə tənqid edib.

Arena.az xəbər “RMC Sport” istinadən Rotenin sözlərini diqqətinizə çatdırır:

“Messinin məşqdən ayrıldığı günü xatırlayırsınız? Klub hər şeyi ört-basdır edib, onun baldırından yüngül zədə aldığını elan etdi. Bu, səhv idi. Səbəbi? Cənab məşqdə ona təklif edilənlərdən bezmişdi. Onun başı çatmır, o səbəbdən məşqi yarımçıq dayandırdı. O, paltardəyişmə otağına qayıtdı, duş qəbul etdi və getdi. Bu, onun, məşqçisinə və komanda yoldaşlarına nə dərəcədə “hörmət” qoyduğunu göstərir. O, çox tez-tez məşq tempini dəyişmək istəyir, səhərlər məşq etmək istəmirdi. Bir neçə dəfə səhər məşq etməyin yaxşı olmadığını, günortadan sonra məşq etmək lazım olduğunu dedi. Xoşbəxtlikdən, məşqçilər qərargahı təslim olmadı. Bu, onun nəyisə dəyişdirmək istədiyini və uyğunlaşmaq istəmədiyini göstərir”.

Xatırladaq ki, Messi PSJ-dən ayrılaraq MLS təmsilçisi “İnter Mayami”yə keçib.