PSJ “Qızıl top”un Messinin xeyrinə həlli üçün təşkilatçıları ələ alıb?

PSJ 2021-ci ildə “Qızıl top”un nəticələrinə komandanın sabiq oyunçusu Lionel Messinin xeyrinə təsir göstərməyə çalışmaqda ittiham edilir.

Arena.az bu barədə Fransanın nüfuzlu “Le Monde” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, PSJ rəsmiləri “France Football”un keçmiş baş redaktoru və “Qızıl top”un təşkilatçısı Paskal Ferreyə təsir göstərməyə çalışıblar.

Paris klubunun rəhbərliyi müxtəlif “nemətlər”lə Ferrenin dəstəyini almağa çalışıb. Eyni zamanda, istintaq Fransa komandasının kommunikasiyalar üzrə sabiq direktoru Jan-Martiale Ribes üzərində cəmlənib.

Milli Polis Baş Müfəttişliyinin 2023-cü il noyabr tarixli hesabatında deyilir: “Ribes jurnalistlər, siyasətçilər, seçilmiş məmurlar, nazirlər kabineti və ya prezidentlik üzvləri və sənətçilər üçün PSJ-nin futbol oyunlarına biletlər təşkil edib”.

Hazırda istintaq davam edir və hadisələrin inkişafı gözlənilir.

Vurğulayaq ki, “Qızıl top”la bağlı müvafiq qalmaqal Messinin adı ətrafında cərəyan edən ilk belə hal deyil. Bir çox mütəxəssislər argentinalı ulduzun “Qızıl top”larla sözün həqiqi mənasında yersiz mükafatlandırılmasını nüfuzlu mükafatın gözdən düşməsinə səbəb olduğu qənaətindədirlər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: