PSJ rəhbərliyi komandanın fransalı ulduz hücumçusu Kilian Mbappenin klubla müqaviləsini uzatmaq vədini pozduğuna əmindir.
Arena.az bu barədə “RMC Sport”a istinadən məlumat verir.
Mənbənin məlumatına görə, PSJ-də ulduz futbolçunun klubda qalacağına neçə dəfə zəmanət verdiyini hesablayıblar. Parislilər fransalı ulduzun komandanı azad agent qismində tərk edəcəyini inkar etdiyi səkkiz hadisəni xatırladılar. Hər bir hadisə ictimailəşib və bu hadisələr ətrafında yaranan dedi-qodu və şayiələr klubdaxili ab-havaya mənfi təsir göstərir.
Klubda ən bariz nümunə kimi, ulduz futbolçunun “2025” yazılmış formada təqdimat keçirməsini xatırladıblar. Hazırda Mbappenin klubla müqaviləsinin yeniləməməsi, onun gələn ilin yayında azad agentə çevrilərək klubu havayı tərk edəcəyi deməkdir ki, bu da fransalı ulduzun buna qədər vermiş oşduğu bütün vədlərinə xilaf çıxmasının əyani sübutu olaraq qiymətləndirilir.
PSJ çətin vəziyyətdədir. Klub rəhbərliyi Mbappenin “Real”la gizli anlaşma əldə etdiyinə də əmindir. Məhz bu səbəbdən PSJ Mbappeni komandanın Yaponiya turundan xaric edərək, mətbuatın yazdığına görə, satışa çıxarıb.
Xatırladaq ki, Mbappeni almaqda “Real” ən gerçək namizəddir. Amma eyni zamanda “Liverpul” və “Çelsi” də iddiasını ortaya qoyublar. “Liverpul” fransalı ulduzun icarəsində maraqlıdır. “Çelsi” isə Mbappeyə görə bir futbolçusunu və əlavə olaraq pul təzminatını ortaya qoymağa hazırdır.
Hazırda PSJ-nin komandanın bir daha Mbappe ilə meydana çıxmaması tədbiri üzərində düşündüyü bildirilir. Fransa nəhəngi Mbappenin müqaviləsini yeniləmədən klubda qalacağı halda, ulduz futbolçunu qarşıdakı mövsüm Çempionlar Liqasının iştirak ərizəsinə salmayacağını da bildirib.


