“Qəbələ” – “Puşkas Akademiya” matçı qazax hakimlərə tapşırıldı

UEFA Gənclər Liqasının 1-ci mərhələsinin “Qəbələ” – “Puşkas Akademiya” matçının hakim təyinatları açıqlanıb.

Arena.az xəbər verir ki, təmsilçimizin Şimali Makedoniya klubu ilə ilk görüşü Qazaxıstandan olan hakimlər briqadasına tapşırılıb.

Belə ki, matçın baş hakimi Sayat Karabayev olacaq. Ona yan xətt hakimləri Timur Tursumbayev və Yevgeni Karlov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı hakimlərdən biri yerinə yetirəcək. Lakin hələlik həmin hakimin adı müəyyənləşməyib.

Xatırladqa ki, oktyabrın 4-də Qəbələdə təşkil olunacaq “Qəbələ” – “Puşkaş Akademiya” qarşılaşmasına saat 16:00-da start veriləcək. Tərəflər arasındakı cavab görüşü isə oktyabrın 25-də Rumıniyada baş tutacaq.

Onu da qeyd edək ki, bu cütün qalibinin ikinci mərhələdəki rəqibi də bəllidir. “Qəbələ” mərhələ adlasa, “Olimpiakos” (Yunanıstan) – “Leççe” (İtaliya) duelinin qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin qarşılaşmaları noyabrın 8-də və 29-da təşkil olunacaq. “Qəbələ” – “Puşkaş Akademiya” cütünün qalibi ilk matçımı evdə keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: