Azərbaycan Premyer Liqasının 9-cu turunun “Səbail”lə oyunundan (0:1) sonra 3 günlük istirahətə buraxılan “Qəbələ” məşqləri bərpa edib.
Arena.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında hazırlıq keçiblər.
Məşq prosesində komandanın altı üzvü iştirak etməyib. Rəşad Əzizli və Emil Səfərov Azərbaycan milli komandasının düşərgəsində olduğundan, Asif Məmmədovla Fares Abu Akel zədədən sonra bərpa prosesi keçdiyindən hazırlıqdan kənar qalıblar. Dizindəki zədə səbəbindən cərrahi müdaxilə ediləcəyi gözlənilən Kristof Atanqananın əməliyyat günü hələ dəqiqləşməyib. Oktyabrın 13-də ailə həyatı quracaq Əyyub Allaş isə vətənində olduğundan hazırlığa qatılmır.
Xatırladaq ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 10-cu turunda “Araz-Naxçıvan”la qarşılaşacaq. Sözügedən qarşılaşma oktyabrın 22-də Qəbələ şəhər stadionunda baş tutacaq.


