“Qəbələ” Bakıdakı hazırlığı bitidi, Qəbələyə yollandı

Premyer Liqasının 5-ci turunun “Zirə” ilə oyunundan sonra istirahətə buraxılan “Qəbələ” hazırlıq prosesinin Bakı mərhələsini başa vurub.

Arena.az xəbər verir ki, “qırmızı-qaralar” üç gün Bakı Olimpiya Stadionunda məşq edib.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda bu gün Qəbələyə yola düşüb. “Qırmızı-qaralar” millilərin oyunları ilə əlaqədar yaranan fasilədəki hazırlığını doğma stadionda davam etdirəcək.

Komanda sabah yoxlama görüşündə qüvvəsini sınayacaq. Qəbələ şəhər stadionundakı matçda “qırmızı-qaralar” “Araz-Naxçıvan”la üz-üzə gələcək. Oyun saat 17:00-da başlayacaq.

Qarşılaşmadan sonra məşqlərini öz arenasında gerçəkləşdirəcək komanda 6-cı turun “Turan Tovuz”la səfər matçına Qəbələdən yollanacaq.

Xatırladaq ki, sentyabrın 17-də Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Qəbələ” oyununa saat 16:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: