Azərbaycan çempionatının 2023/2024 mövsümünün 18-ci turunda “Sabah”la qarşılaşan “Qəbələ” Premyer Liqada 200-cü qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, Elmar Baxşıyevin yetirmələri bu matçda 1:0 hesablı qələbə əldə ediblər.
Bu, 2006/2007 mövsümündən Premyer Liqada çıxış edən “Qəbələ”nin üç xal qazandığı 200-cü oyun kimi tarixə düşüb. Komanda buna 522-ci oyunda nail olub.
“Qırmızı-qaralar” evdə 113, səfərdə 87 dəfə qalib gəlib. Qəbələnin eyniadlı təmsilçisi ölkə çempionatları tarixində 200 və daha çox qələbə qazanan 7-ci komanda olub.
Xatırladaq ki, “Qəbələ” Azərbaycan Premyer Liqasında ilk qələbəsini 2006-cı il avqustun 26-da Qusar “Şahdağ”ı ilə səfər görüşündə qazanıb – 1:0.


