“Qəbələ” – “Sabah” 1:0 – Video

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Qəbələ” – “Sabah” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.

Arena.az Qəbələdə baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:

Azərbaycan Premyer Liqası
18-ci tur
22 dekabr

“Qəbələ” – “Sabah” 1:0
Qol: Murad Musayev, 45+2.
Qolla nəticələnməyən penalti: Anatoli Nuriyev, 78 (kənara).
Sarı vərəqələr: Gilad Abramov, 46 (qeyri-idman hərəkəti). Rauf Hüseynli, 90+4 (qeyri-idman hərəkəti). Kristof Atanqana, 90+5 (oyunun bərpasının ləngidilməsi) – Con İrasabal, 36 (qeyri-idman hərəkəti). Amin Seydiyev, 86 (qeyri-idman hərəkəti).
Artırılan vaxt: Birinci hissədə 2 dəqiqə, ikinci hissədə 6 dəqiqə.
Saat 16:00. Qəbələ şəhər stadionu, 400 tamaşaçı.

Baş hakim: Əliyar Ağayev.
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli.
Dördüncü hakim: Kamal Umudlu.
VAR: İnqilab Məmmədov.
AVAR: Müslüm Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: İlham Əliyev.

Qəbələ: 13. Kristof Atanqana, 28. Murad Musayev (k), 14. Ülvi İsgəndərov (10. Omar Hani, 72), 5. Rauf Hüseynli, 12. Nicat Əliyev (2. İlkin Qırtımov, 90), 7. Emil Səfərov, 20. Bilel Auaşeriya, 4. Lukas Afriko, 9. Əyyub Allaş, 72. Osama Xalayla, 8. Gilad Abramov.
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 71. Sənan Ağalarov, 30. Şahin Şahniyarov, 99. Ahmed Ayzaya, 17. Yaovi Akakpo.
Baş məşqçi: Elmar Baxşıyev.

Sabah: 16. Rüstəm Samiqullin, 77. Namiq Ələsgərov (28. Kahim Parris, 72), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev (8. Ayaz Quliyev, 79), 2. Amin Seydiyev, 15. Kristian da Silva (4. Elvin Camalov, 79), 14. İshak Belfodil (19. Emmanuel Apeh, 72), 44. Sofian Çakla, 70. Jesse Sekidika (27. Jarl Marqarita, 84), 3. Con İrasabal.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 55. Nicat Mehbalıyev, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 24. Maruan Hadudi.
Baş məşqçi: Murad Musayev.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: