Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2024/2025 mövsümünün Liqa mərhələsi çərçivəsində 3-cü oyununa çıxıb.
Arena.az xəbər verir ki, Ağdam klubu evdə Niderland nəhəngi “Ayaks”la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmanı Şotlandiyadan olan hakimlər briqadası idarə edib.
Azərbaycan çempionu Avroliqanın Liqa mərhələsinə uğursuz start vermişdi. Səfərdə “Tottenhem”ə (İngiltərə) 0:3 hesabıyla uduzmuş komandamız evdə də “Malmö”yə (İsveç) 1:2 məğlub olmuşdu.
“Ayaks” isə ilk turda “Beşiktaş”a (Türkiyə) doğma meydanda 4:0 hesabıyla qalib gəlmiş, Praqa “Slaviya”sı (Çexiya) ilə səfər oyununda 1 xalla kifayətlənmişdi – 1:1.
Azərbaycan və Niderland nəhəngləri arasındakı görüşdə də sevinən tərəf “Ayaks” olub. Təmsilçimiz 2 futbolçusunun qırmızı vərəqə aldığı bu oyunda 3 cavabsız qolla uduzub.
Avropa Liqası
Liqa mərhələsi, 3-cü tur
24 oktyabr
“Qarabağ” – “Ayaks” 0:3
Qollar: Kennet Teylor, 36. Vaut Veqhorst, 74. Çuba Akpom, 77.
Qırmızı vərəqələr: Julio Romao, 15. Elvin Cəfərquliyev, 80 (ikinci sarı).
Hakimlər: Nikolas Uolş, Qrem Stüart, Kalum Spens, Kristofer Qrem (Şotlandiya)
VAR: Kevin Klensi (Şotlandiya)
AVAR: Con Biton (Şotlandiya)
Hakim-inspektor: Mehmet Murat İlqaz (Türkiyə)
UEFA nümayəndəsi: Aldi Topçiu (Albaniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20:45.
Qarabağ: 99. Mateuş Koxalski, 6. Julio Romao, 7. Yassin Benzya (66. Patrik Andrade, 81), 8. Marko Yankoviç (24. Aleksey İsayev, 84), 10. Abdullah Zubir (13. Bəhlul Mustafazadə, 84), 15. Leandro Andrade (27. Toral Bayramov, 75), 18. Olavio Juninyo (11. Emmanuel Adday, 81), 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov (k), 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 97. Fabian Buntiç, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Ayaks: 22. Remko Pasver, 2. Devayn Renç, 4. Yorrel Hato, 6. Cordan Henderson (k), 8. Kennet Teylor (10. Çuba Akpom, 59), 11. Mika Qodts, 24. Daniele Ruqani (13. Ahmetcan Kaplan, 59), 25. Vaut Veqhorst, 28. Kian Fits-Cim (21. Branko van den Bomen, 59), 29. Kristian Rasmussen (3. Anton Qoei, 78), 37. Yosip Şutalo.
Ehtiyat oyunçular: 12. Cey Qorter, 40. Diant Ramay, 5. Ouen Veyndal, 9. Brayan Brobbi, 20. Bertrand Traore, 31. Jorti Mokio, 33. Benjamin Tahiroviç, 49. Ceydo Banel.
Baş məşqçi: Françesko Farioli.


