Azərbaycan çempionu “Qarabağ” bu gün Avropa Liqasının 2023/2024 mövsümünün qrup mərhələsi çərçivəsində üçüncü matçına çıxıb.
Arena.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan çempionu səfərdə Almaniyanın “Bayer” komandası ilə qarşılaşıb.
Leverkuzen şəhərindəki “BayArena” stadionunda keçirilən oyunu Rumıniyadan olan hakimlər briqadası idarə edib.
“Bayer” də Avroliqanın qrup mərhələsinə Azərbaycan çempionu kimi, iki qələbə ilə başlamışdı. Hətta sözügedən komanda daha yaxşı göstəricilərə görə birinci pillədə qərarlaşmışdı. Bu iki komanda öz arasındakı oyunda zirvəyə daha çox kimin layiq odlluğunu müəyyənləşdirməyə çalışıb.
Oyunda hesabı almanlar açıblar. Düzdür, Azərbaycan təmsilçisi bu qola vaxtında cavab verməyi bacarıb. Amma qalan dəqiqələrdə daha 4 qol vuran Bundesliqa təmsilçisi yekunda darmadağına sevinib və qrupun vahid liderinə çevrilib.
Xatırladaq ki, Azərbaycan çempionu Avroliqanın qrup mərhələsinin ilk turunda Norveçin “Molde” komandasını Bakıda, İsveç təmsilçisi “Hakken”i isə səfərdə 1:0 hesabıyla məğlub etmişdi.
Bu gün qrupun digər matçında “Molde” doğma meydanda “Hakken”i sınağa çəkib. Bu oyunda da meydan sahibləri 5:1 hesabıyla qalib gəliblər.
Avropa Liqası
H qrupu, 3-cü tur
26 oktyabr
“Bayer” – “Qarabağ” 5:1
Qollar: Florian Virts, 4. Aleksandro Qrimaldo, 29; 55. Viktor Bonifase, 35. Edmond Tapsoba, 58 – Toral Bayramov, 16-pen.
Baş hakim: Horatiu Feşniç (Rumıniya).
Baş hakimin köməkçiləri: Valentin Avram, Alexandru Çerei (hər ikisi Rumıniya).
Dördüncü hakim: Sabolş Kovaç (Rumıniya).
VAR: Tiaqo Martins (Portuqaliya).
AVAR: Paolo Valeri (İtaliya).
Leverkuzen. “BayArena”.
Bayer: 17. Matey Kovar, 3. Pyero İnkapye, 6. Odilon Kossunu, 8. Robert Andrix (k), 10. Florian Virts (23. Adam Hlojek, 70), 12. Edmond Tapsoba (2. Yosip Stanişiç, 71), 19. Natan Tella, 20. Aleksandro Qrimaldo (32. Qustavo Puerta, 80), 21. Amin Adli, 22. Viktor Bonifase (14. Patrik Şik, 63), 34. Qranit Caka (25. Esekiel Palasios, 63).
Ehtiyat oyunçular: 1. Lukas Hradetski, 36. Niklas Lomb, 4. Conatan Ta, 7. Yonas Hofmann, 18. Noa Mbamba, 30. Ceremi Frimponq.
Baş məşqçi: Xabi Alonso.
Qarabağ: 99. Andrey Lunyov, 2. Mateus Silva (7. Yassin Benzya, 46), 6. Julio Romao, 8. Marko Yankoviç (66. Patrik Andrade, 63), 10. Abdullah Zubir (k) (17. Hamidu Keyta, 87), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade (90. Nəriman Axundzadə, 71), 18. Olavio Juninyo (19. Redon Cica, 71), 27. Toral Bayramov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Xal: Bayer – 9. Qarabağ – 6. Molde – 3. Hakken – 0.


