Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya çempionatının 17-ci turu çərçivəsində “Portu” ilə qarşılaşıb.
Səfərdə baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 0:2. 12-ci dəqiqədə hesabı açan meydan sahibləri 48-ci dəqiqədə də penaltidən fərqləniblər.
Bu məğlubiyyətdən sonra braqalılar 33 xalla 4-cü pillədə qərarlaşıblar. Bu komanda növbəti matçını yanvarın 18-də səfərdə “Famalikan”a qarşı keçirəcək.
Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun 2024-cü ilin fevral ayının 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.


