“Qarabağ”ın rəqibi “Braqa”nı 1/4 finala buraxmadılar

Azərbaycan çempionu “Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi “Braqa” növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda Portuqaliya 1/8 final mərhələsi çərçivəsində “Benfika” ilə qarşılaşıb.

Rəqib meydanında baş tutan bu oyun Braqanın eyniadlı təmsilçisinin məğlubiyyəti ilə yekunlaşıb – 2:3. 8-ci dəqiqədə avtoqolla hesabda önə keçən “Qarabağ”ın rəqibi sonradan 2 qol buraxsa da, 48-ci dəqiqədə Rodriqo Salasarın sayəsində yenidən hesaba tarazlıq gətirib. Amma 70-ci dəqiqədə daha bir qol vuran “Benfika” qonaq komandanı kubokda mübarizədən kənarlaşdırıb və 1/4 finala yüksəlib.

Kubokda mübarizəni dayandıran braqalılar Portuqaliya çempionatında 33 xalla 4-cü pillədə qərarlaşıblar. Bu komanda növbəti matçını yanvarın 15-də Portuqaliya çempionatı çərçivəsində səfərdə “Portu”ya qarşı keçirəcək.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı ilk oyun fevral ayının 15-də Portuqaliyada baş tutacaq. Bu komandaların cavab oyunu isə bir həftə sonra isə Bakıda təşkil ediləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: