Qarnaçonun qardaşı Ferdinandı yalan uydurmaqda ittiham etdi

“Mançester Yunayted”in sol vingeri Alexandro Qarnaçonun qardaşı Roberto Qarnaço Rio Ferdinandı yalan danışmaqda ittiham edib.

Arena.az xatırladır ki, “Mançester Yunayted”in və İngiltərə yığmasının sabiq mərkəz müdafiəçisi Rio Ferdinandın sözlərinə görə, Alexandro Qarnaçonun portuqal ulduz hücumçu Kristiano Ronaldoya rəğbəti səbəbindən, Argentina yığmasının kapitanı, ulduz hücumçu Lionel Messi sosial şəbəkələrdə Qarnaçonu izləməyi dayandırıb və öz abunəsini ləğv edib.

Alexandronun qardaşı Roberto özünün “X” sosial şəbəkə hesabı üzərindən bu barədə yazıb:

“Bu, saxtadır. Messi heç vaxt ona abunə olmayıb. Elə, ancaq nifrət doğurmaq üçün hər cür cəfəngiyyat uydurmağa son verin. “Qarna” onların hər ikisini sevir və heyrandır, siz isə hələ də düşmənçilik yaratmağa cəhd edirsiniz”, – Roberto dərc edib.

Qarnaçonu hələ yeniyetmə ikən “qırmızı şeytanlar”ın skautları “Atletiko” (Madrid) futbol məktəbindən “oğurlayaraq”, “Mançester Yunayted” futbol akademiyasına cəlb ediblər. Argentinalı vinger mankunianlıların əsas komandasına 2022-ci ilin iyulunda keçirilib. Qarnaçonun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Qarnaço “qırmızı şeytanlar”ın heyətində 18 oyuna 3 qol vurub. Argentinalı vingerin İngiltərə nəhənginin heyətində ümumi çıxışı rəqmlərin gözü ilə belə mənzərə yaradır: 54 oyun, 8 qol, 5 məhsuldar ötürmə.

Perspektivli gənc vinger “Mançester Yunayted”lə İngiltərə Liqa Kubokunu (2023) qazanıb.

Alexandro Qarnaço 2023-cü ilin iyununda debüt etdiyi Argentina yığmasının heyətində 3 oyun keçirib, 51 dəqiqə meydanda olub. məhsuldar fəaliyyətin ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 19 yaşlı Alexandro Qarnaçonu 25 milyon avro məbləğində qiymətləndirir.