“Qəbələ”nin müdafiəçisi İlkin Qırtımov futbol üzrə Azərbaycan çempionatlarında üçüncü dəfə avtoqol müəllifi olub.
Arena.az xəbər verir ki, 33 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 17-ci turunda uğursuzluq yaşayıb.
O, “Səbail”lə səfər görüşündə (0:3) öz qapısına qol vurub.
İlkin 2018/2019 mövsümündə “Zirə”nin heyətində “Qarabağ”la ev, ötən çempionatda “Qəbələ” forması ilə “Sabah”la səfər matçında da avtoqol müəllifi olub. O, Azərbaycan çempionatları tarixində öz qapısına ən çox qol vuran futbolçu adına şərik çıxıb.
Qırtımov turnirin 31 illik tarixində 3 avtoqol edən 9-cu futbolçudur. Ona qədər Adil Nağıyev, Ayxan Abbasov, Bədavi Hüseynov, Denis Silva, Jayro Rodriqes, Natiq Qasımov, Ruslan Abışov və Saşa Yunisoğlu da üç dəfə öz qapısına üç qol vurublar.


