Qız pərəstişkarı Messi ilə selfi çəkmək üçün meydana qaçdı – Video

MLS-in 7-ci turun çərçivəsiində keçirilmiş “İnter Mayami” – “Kolorado Repidz” oyununda (2:2) maraqlı məqam yaşanıb.

Arena.az məlumat verir ki, ikinci hissəyə əlavə edilmiş təzminat vaxtında bir qız meydana qaçaraq “İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi ilə selfi çəkdirmək istəyib.

Messi bu vəziyyətə təəccüblənsə də, “İnter Mayami” tərəfdarı ilə selfi çəkdirməkdən imtina etməyib. Bu məqamdan sonra bir neçə asayiş keşikçisi, o cümlədən argentinalı ulduz futbolçunun şəxsi mühafizəçisi azarkeşin yanına qaçaraq onu meydandan uzaqlaşdırıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: