“Qızıl əlcək”: Bir boksçumuz finalda, ikisi “bürünc” qazandı

Serbiyanın Çaçak şəhərində təşkil olunmuş boks üzrə “Qızıl əlcək” beynəlxalq turnirində yarımfinal mərhələsinin döyüşləri keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycan millisinin bir idmançısı finala yüksəlib.

60 kq çəkidə mübarizə aparan Ümid Rüstəmov (60 kq) yarımfinalda serbiyalı Stefan Kamoviçi məğlub edib. O, 3:0 (28:27, 29:26, 29:26) hesabı ilə qələbə qazanıb. Rüstəmov finalda rusiyalı Nemət Səfərovla döyüşəcək.

Ruslan Rüstəmovla (63,5 kq) Kamran Şahsuvarlı (75 kq) isə “Qızıl əlcək” turnirini bürünc medalla başa vurublar. Onlar müvafiq olaraq, Sandan Sandanova (Rusiya) və Aleksandar Serifoviçə (Serbiya) məğlub olaraq, 3-cü yeri tutublar.

Qeyd edək ki, yarışa 15 ölkə qatılıb. Azərbaycan millisi baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında bu turnirə 4 boksçu ilə yollanıb. Digər təmsilçimiz Alfonso Dominqes (86 kq) medalçılar sırasına düşə bilməyib. Turnirdə ölkəmizi Anar Nağdıyev hakim kimi təmsil edir.

Komandamız sabah – oktyabrın 22-də Bakıya qayıdacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: