İspan tennisçi, dünyanın sabiq bir nömrəsi Rafael Nadal “Real”ın PSJ-nin fransalı hücumçusu Kilian Mbappeni transfer etməsini istəyir.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən məlumat verir:
“Bəlkə başqa bir hücumçu artıq olmazdı, mən də belə düşünürəm. Mbappe? Bəli, Mbappe ilə heç bir problemim yoxdur. Tam əksinə. Əgər o, gəlsə, mən şad olaram. Əlbəttə, Mbappeni bəyənirəm. Bizim üçün o çatışmır. Mbappe kimə xoş gəlmir?
Kilian niyə ötmüş transfer pəncərəsində “Real”a keçmədi? Bəs nə üçün o, ora keçməyə mükəlləf idi? “Madrid” – “Madrid”dir. “Madrid” ixtiyari oyunçudan vacibdir. Bu, gerçəklikdir.
Mbappe biz “Madrid” azarkeşləri istədiyi zaman “Real”a keçməyə mükəlləf deyil”, deyə Rafael Nadal bildirib.
Nadalın “Real”ın çılğın azarkeşi olduğunu da vurğulayaq.
Xatırladaq ki, Kilian Mbappe cari yay transfer pəncərəsində “Real”a keçəcəyi ilə bağlı şayiələr mənzərəsində PSJ ilə müqaviləsini yeniləməkdən imtina etmiş, xeyli problem yaşamış, klubun Asiya turundan və komanda ilə ümumi məşqlərdən kənarlaşdırılmış, transferə çıxarılmış, sonra isə Paris klubunun rəhbərliyi ilə ortaq məxrəcə gələrək komandada mövqeyini bərpa etmişdi.
Cari mövsümdə Mbappe PSJ-nin heyətində 4 oyun keçirib, 7 qol vurub. Fransalı ulduzun Paris klubu ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir.
Mpappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 71 oyun keçirib, 40 qol vurub, 25 məhsuldar ötürmə verib və “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalına 24 yaşlı Kilian Mbappeni 180 milyon avro məbləğində qiymətləndirir.


