“Hapoel”in (Beer Şeva) baş məşqçisi Ran Kojux Çempionlar Liqasının pley-offunda “Sabah”a qarşı keçirdikləri cavab oyununu şərh edib.
Arena.az xəbər verir ki, ev oyununda 2:1 hesablı qələbə qazanmış İsrail çempionu Bakıdakı cavab görüşündə 2:5 hesabıyla uduzaraq ÇL-lə vidalaşıb.
Ran Kojux oyundan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Çətinliklərimiz var idi. Bu, nəticədə özünü göstərdi. Kifayət qədər hazırlaşmışdıq. Bilirik ki, meydanda bəzən şans da özünü göstərir. Oyuna ciddi hazırlaşmışdıq. İrəli baxmalı, qarşıdakı matçlara hazır olmalıyıq. Növbəti matçlara daha güclü hazırlaşacağıq. Nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Düzdür, bu məğlubiyyət ürəkaçan olmadı. Ancaq dayanmaq lazım deyil, irəli baxmalıyıq. Bu matçda neqativlərlə yanaşı, pozitivləri də qeyd etməliyik. Bu mərhələyə qədər gəlməyimiz də uğurdur. Bunlar da futbolun bir hissəsidir.
Oyunda diqtə edən tərəf olmağı həmişə yüksək səviyyədə qoruyub-saxlamaq lazımdır. Futbolçularımızın zəhmətinə və gücünə güvənirik. Çempionlar Liqasının pley-off mərhələsinə qədər gəlib-çıxan komandamız var. O qədər də sadə məsələlər deyil. Çətin və məsuliyyətli yoldur. Əla oyunçularım var. Həm də, təcrübəlidirlər. Biz bilirik ki, birlikdə cəhdlərimizi birləşdirsək, böyük nəticələr qazanacağıq”.


