“Real” bu yay Mbappeni almağa hazırdır!

Madrid “Real”ı Fransa çempionu PSJ-nin transferə çıxardığı ulduz hücumçu Kilian Mbappeni sıralarına qatmağa hazırdır.

Arena.az bu barədə “Footmercato”ya istinadən xəbər verir.

Mənbədən verilmiş məlumata görə, Kərim Benzemanın Səudiyyə Ərəbistanına gedişi ilə hücum xəttində səviyyəli hücumçuya ehtiyacı olan “Real”, fəal surətdə mərkəz hücumçusu axtarışındadır.

Madrid klubunun rəhbərliyi PSJ ilə müqaviləsini yeniləməmək istəyində olan və klub tərəfindən transferə çıxarılmış fransız hücumçu uğrunda mübarizəyə hazırdır.

Bildirilir ki, “Real”ın prezidenti Florentino Peres həmişə Mbappe ilə maraqlanıb. Ancaq futbolçunun transfer edilməsi üzrə əməliyyatlar klubun fəaliyyət planına müvafiq olaraq, əvvəlcədən 2024-cü ilə təyin edilib. Ancaq baş vermiş hadisədən sonra “Real” rəhbərliyi bu fürsətdən yararlanaraq fransız hücumçunu elə, bu yay Madridə gətirə bilər.

Yayılmış daha bir məlumatda Peresin Mbappe ilə artıq bir neçə həftədir danışıqlar apardığı deyilir. Bildirilir ki, “Real” rəhbərliyi komandanı fransız hücumçunun ətrafında qurmağı planlaşdırır.

Xatırladaq ki, daha əvvəl Mbappenin müqaviləsini yeniləməmək istəyi haqda kluba ünvanladığı məlumat ictimaiyyətə sızmış, PSJ rəhbərliyinin bundan qəzəblənərək hücumçunu transferə çıxardığı haqda məlumat yayılmışdı. Maraqlıdır ki, daha bir məlumatda parislilərin Mbappenin heç bir halda “Real”a keçməsini istəmədiyi də deyilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: