Futbol üzrə Fransa millisinin və PSJ-nin ulduz hücumçusu Kilian Mbappenin adı ətrafında söz-söhbət bitmir.
Arena.az “El Chiringuito”ya istinadən xəbər verir ki, İspaniya nəhəngi “Real” Mbappeni iyulda transfer edə bilər.
Jurnalist Pako Buyonun “El Chiringuito”nun efirində verdiyi məlumata görə, parislilər 24 yaşlı ulduz hücumçunu 200 milyon avro məbləğində qiymətləndirirlər.
“Real” rəhbərliyi 120 milyon avro təklif etməyə hazırdır. Transferin iyulun 23-də açıqlanacağı iddia edilir.
Daha əvvəl Mbappenin PSJ rəhbərliyinə məktub göndərdiyi və məktubunda klubla müqaviləsini 2025-ci ilə qədər uzatmaq istəmədiyini açıqladığı məlum olub. Bu isə gələn mövsümün bitməsilə Mbappenin azad agent qismində PSJ-ni tərk etməsi deməkdir. Ulduz futbolçunu əlindən havayı buraxmaq istəməyən PSJ-nin Mbappenin transferində maraqlı olduğu da vurğulanır.


