“Real” “Milan”a məğlub olmaqla antirekordları sıraladı

Çempionlar Liqasının Liqa mərələsinin “Milan”la 4-cü tur ev oyununda 1:3 hesablı məğlubiyyət “Real” üçün iki antirekordla əlamətdar olub.

Arena.az bu barədə “Opta Sports” statistik internet-portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Real” Çempionlar Liqasında statistik məlumatların toplanılmasına başlanıldığı 2003/2004-cü illər mövsümündən, klubun mötəbər yarışın qrup mərhələsində ən pis nəticəsinə imza atıb. “Qaymaqlılar” öz qapısına, son 20 mövsümdə Çempionlar Liqasının qrup mərhələsindəki hər hansı digər ev oyunundan daha çox, 9 zərbəyə fürsət veriblər.

Digər bir antirekord isə “Real”ın 2009-cu ildən bəri bütün yarışlar çərçivəsində keçirdiyi oyunlarda 3 və daha artıq qol buraxaraq, evdə ardıcıl 2 oyunda məğlub olmasıdır. “Milan”a 1:3 hesablı məğlubiyyətə qədər, “qaymaqlılar” İspaniya La Liqasının “Barselona”i lə ev oyununda 0:4 hesablı məğlubiyyət almışdılar.

Sonuncu dəfə “Real” 3 və daha artıq top fərqi ilə ardıcıl 2 ev oyununda 15 il öncə məğlub olub. O vaxt “qaymaqlılar”ı “Santyaqo Bernabeu”da “Barselona” (2:6) və “Malyorka” (1:3) məğlub etmişdi.

4 turdan sonra “Real” 6 xalla Çempionlar Liqasının Liqa mərhələsinin yarış cədvəlinə 17-ci pillədə qərarlaşıb. “Milan” isə 6 xalla 18-ci sıradadır.