“Real”ın klub mağazası Erlinq Halandın və Kilian Mbappenin soyadının köynəklər üzərinə yazılmasını qadağan edib.
Arena.az bu barədə “SER Deportivos” dərgisinə istinadən məlumar verir:
“Onlar bizə dedilər ki, belə köynəklər satılmır, çünki onlar Madridə oynamayıblar. Güman edirik ki, Haland, Messi və ya Mbappe soyadlı sənədlərinizi göstərsəniz, heç bir imtina olmayacaq”, deyə mağazaya gəlmiş pərəstişlarlardan biri bildirib.
Nəinki “Real”ın, eləcə də digər klubların başqa komandaların oyunçularının adından istifadə etmək hüququ yoxdur.
Daha əvvəl bildirilmişdi ki, “Mançester Siti”nin norveçli mərkəz hücumçu Erlinq Haland və PSJ-nin fransalı mərkəz hücumçusu Kilian Mbappe 2024-cü ildə “Kral Klubu”nun transfer hədəfləridir. Ələlxüsus Mbappenin transferi “Real”ın əsas məqsədidir.
La Liqanın cari mövsümündə “Real” 18 turdan sonra 45 xalla “Jirona” ilə şərikli liderliyi bölüşür. Madridlilər Kataloniya təmsilçisini daha yaxşı top fərqinə və şəxsi oyundakı (3:0) üstünlüyünə görə üstələyirlər və 1-ci pillədə yer alıblar.


