“Real”ın iki futbolçusu Mbappe ilə daimi əlaqədədir

PSJ-nin ulduz hücumçusu Kilian Mbappe “Real”ın iki futbolçusu – Orelyen Tçuameni və Eduardo Kamavinqa ilə daim əlaqə saxlayır.

Arena.az bu barədə “Defensa Central”a istinadən məlumat verir.

Mənbənin məlumatına görə, fransalı futbolçular Mbappenin “qaymaqlılar”ın düşərgəsinə keçidi də daxil olmaqla, müntəzəm olaraq müəyyən mövzulara dair ünsiyyət qururlar. Belə ki, Tçuameni və Kamavinqa Mbappenin ətrafındakı vəziyyətə yaxşı bələddirlər, amma onun planlarını ictimaiyyətə açıqlaya bilmirlər. Bununla belə, onlar Mbappenin “Real”a keçməsində əsas rol oynaya bilərlər.

Həmçinin bildirilir ki, “Kral klubu”nun əksəriyyəti Mbappenin mümkün keçidinə həvəslidir və 24 yaşlı ulduzu, mövsümün bitməsilə klubdan ayrılmış Kərim Benzemaya ən münasib əvəzedici kimi görürlər.

Xatırladaq ki, daha əvvəl “Real”ın Mbappeni bu yay deyil, böyük ehtimalla gələn yay transfer edəcəyi haqda məlumat yayılmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: