Futbol üzrə Azərbaycan millisinin hücumçusu Renat Dadaşov İsveçrənin “Qrasshopper” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, futbolçumuzun komandası İsveçrə çempionatının 31-ci turu çərçivəsində lider “Luqano” ilə qarşılaşıb.
“Qrasshopper” bu rəqiblə səfərdə üz-üzə gəlib. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:5.
Renat Dadaşov bu görüşün 63-cü dəqiqəsində meydana buraxılıb. Cari mövsümdə 8 qol vurmuş millimizin forvardı bu dəfə fərqlənə bilməyib.
“Qrasshopper” hazırda 40 xalla 10 kollektiv arasında 5-ci pillədə qərarlaşıb. Dadaşovun hesabında isə 29 oyuna 8 qol, 2 məhsuldar ötürmə və 9 sarı vərəqə var.


