RFS “Sabah”la səfər matçı öncəsi 7 cavabsız qola sevindi

Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sabah”ın rəqibi olan RFS Latviya çempionatında növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Riqa təmsilçisi ölkə çempionatının 24-cü turu çərçivəsində doğma meydanda “Tukums 2000” ilə qarşılaşıb.

“Sabah”ın rəqibi bu oyunda 7:0 hesablı qələbəyə sevinib. Riqalıların heyətində Yanis İkauniek het-trikə imza atıb. O, 17, 28 və 37-ci dəqiqələrdə fərqlənib. Darko Lemayiçlə (4 və 39-cu dəqiqələrdə) Daniel Ontuzan (69 və 76-cı dəqiqələrdə) isə dubl ediblər.

Bu qələbə ilə xallarının sayını 58-ə çatdıran komanda liderliyə yüksəlib.

Xatırladaq ki, “Sabah”la RFS arasında ilk oyun iyulun 26-da Riqada baş tutub. Həmin oyunda Azərbaycan təmsilçisi 2:0 hesablı qələbəyə sevinib. Bu komandalar arasındakı cavab görüşü isə avqustun 3-də Masazırda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: