Futbol üzrə Peru milli komandasının baş məşqçisi Rikardo Qareka postundan ayrılıb. Arena.az xəbər verir ki, bu barədə Peru Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Argentinadan olan 64 yaşlı mütəxəssislə müddəti bitən müqavilənin yenilənməsinə ehtiyac duyulmayıb. Təcrübəli məşqçiyə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.
Xatırladaq ki, Rikardo Qareka 2015-ci ilin fevral ayından Peru yığmasına rəhbərlik edirdi. Sözügedən komanda bu məşqçinin rəhbərliyi altında 96 oyuna çıxıb, 39 qələbə qazanıb, 23 heç-heçə edib, 34 görüşdə də məğlubiyyətə üzülüb. O, daha öncə “Palmeyras”, “Veles Sarsfild”, “Universitario”, “Talyeres”, “Santa Fe”, “Amerika de Kali”, “Arxentinos Xuniors”, “İndependyente” kimi komandalara da rəhbərlik edib.