Roderik Miller rəsmən “Turan Tovuz”da

Futbol üzrə Panama milli komandasının mərkəz müdafiəçisi Roderik Miller Azərbaycanın “Turan Tovuz” klubuna transfer olunub. Arena.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu ilə 3 ay + 1 il müddətində rəsmi müqavilə imzalanıb. Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

Roderik Miller peşəkar karyerasına Panamanın “San Fransisko” komandasında başlayıb. O, Meksikanın “Venados”, Kolumbiyanın “Atletiko Nasional”, Portuqaliyanın “Feyrense”, Qazaxıstanın “Okjetpes”, Perunun “Karlos Steyn” kimi klublarında legioner həyatı yaşayıb. 2021-ci ildən isə müdafiəçi İraqda oynayırdı. 2021/22 mövsümünü “Əl-Quva”da keçirən futbolçu son olaraq “Əl-Mina” komandasında çıxış edib.

Panamanın U-20 və U-23 yığmalarında da oynamış Roderik, ölkəsinin əsas yığmasında 33 oyun keçirib. Müdafiəçi bu görüşlərdə 1 qola da imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: