Ronaldo “Əl-Nəsr”i, Messi “İnter Mayami”ni ilk beşliyə daşıdı

“Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldo, “İnter Mayami”nin argentinalı ulduzu Lionel Messi klublarının populyarlığına töhfə veriblər.

Arena.az məlumat verir ki, “Football Benchmark” internet-portalı 2022-ci il dekabrın 2-dən 2023-cü il dekabrın 2-dək olan müddətdə hansı futbol klublarının sosial şəbəkələrdə ən çox izləyici qazandığını müəyyən edən araşdırmanı təqdim edib.

Bu reytinqə İspaniya nəhəngi “Real” başçılıq edir. “Mançester Siti” siyahıda 2-ci yeri tutub. İlk üçlüyü Kataloniya “Barselona”sı tamamlayır.

Maraqlıdır ki, 4-cü və 5-ci yerləri tutmuş klublar daha çox öz ulduzları sayəsində bu mövqeyə yüksəliblər. Söhbət dünya futbolunun iki əfsanəsindən – “Əl-Nəsr”in hücumçusu Kristiano Ronaldodan və portuqal hücumçunun əzəli rəqibi, “İnter Mayami”nin argentinalı hücumçusu Lionel Messidən gedir. Məhz bu iki ulduzun sayəsəində klubları müvafiq reytinqin ilk beşliyinə daxil olublar. “Əl-Nəsr” 4-cü, “İnter Mayami” isə 5-ci olub.

Yeni abunəçilərin sayına görə klubların ilk onluğunu təqdim edirik:

  1. “Real” (İspaniya);
  2. “Mançester Siti” (İngiltərə);
  3. “Barselona” (İspaniya);
  4. “Əl-Nəsr” (Səudiyyə Ərəbistanı);
  5. “İnter Mayami” (ABŞ);
  6. “Tottenhem” (İngiltərə);
  7. “Yuventus” (İtaliya);
  8. PSJ (Fransa);
  9. “Bayern” (Almaniya);
  10. “Mançester Yunayted” (İngiltərə).
Xəbəri sosial şəbəkələrdə paylaş: