Ronaldo Messili “İnter Mayami”yə qarşı oynamayacaq

“Əl-Nəsr”in portuqal ulduzu Kristiano Ronaldo argentinalı ulduz Lionel Messinin “İnter Mayami”si ilə yoldaşlıq oyununda oynamayacaq.

Arena.az bu barədə “Goal” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Ronaldo əzələ zədəsi aldığı üçün “İnter Mayami” ilə oyunda meydana çıxmayacaq. “Əl-Nəsr” 38 yaşlı futbolçusunun sağlamlığını riskə atmağı düşünmür və Ronaldonu meydana buraxmayacaq.

Xatırladaq ki, komandalar arasında oyun fevralın 1-də baş tutacaq. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Mətbuat indidən bu oyuna müxtəlif “bəzəklər” geyindirməklə, qarşıdakı adi yoldaşlıq oyununda rəqabəti qızışdırmağa, odun üstünə yağ tökməyə çalışır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: