Ronaldo Messinin 8-ci “Qızıl top”unu qəhqəhə ilə qeyd etdi

Portuqal hücumçu Kristiano Ronaldo Lionel Messinin səkkizinci “Qızıl top”u alması ilə bağlı dərci qəhqəhə emojisi ilə qeyd edib.

Arena.az məlumat verir ki, cəmi 7 saat ərzində bu şərh 21 mindən çox bəyənmə toplayıb.

Vurğulayaq ki, Ronaldonun ismarışının məğzi tam aydın deyil. Belə ki, “Əl-Nəsr”in superulduzu yayımlanan videoda təqdim edilən təhlilə istehza nümayiş etdirə və ya əbədi rəqibinin növbəti “Qızıl top”u haqqında fikrini birbaşa bildirə bilərdi.

Xatırladaq ki, “İnter Mayami”nin argentinalı superulduzu Lionel Messi karyerasında səkkizinci “Qızıl top”u qazanıb. Heç bir futbolçu Messi qədər “Qızıl top” qazanmayıb. Leo 2009, 2010, 2011, 2012, 2015, 2019, 2021 və 2023-cü illərdə nüfuzlu mükafata layiq görülüb.

Kristiano Ronaldo da karyerası ərzində beş dəfə “Qızıl top” qazanıb. O, 2008, 2013, 2014, 2016 və 2017-ci illərdə bu mükafata layiq görülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: