“Əl-Nəsr”in ulduz hücumçusu Kristiano Ronaldonun bacısı Katya Aveyru futbolçunun heç vaxt spirtli içki qəbul etməməsi barədə danışıb.
Arena.az xəbər verir ki, Katya Aveyru bu barədə özünün sosial şəbəkə hesablarının birində yazıb:
“O, qəti qərara gəldi ki, heç kimin kölgəsi olmayacaq. Alkoqol aludəçisi olan atam kimi olmayacaq və buna görə də Kristiano heç vaxt bir damla da spirt qəbul etməyib.
O, dünyanın zirvəsinə çıxmaq istəyirdi və ağlına yerləşdirib ki, ulduzlara gedən bu səyahətdə haradan gəldiyini heç vaxt unutmayacaq”.
Xatırladaq ki, Kristiano Ronaldo 2023-cü ilin əvvəlindən “Əl Nəsr”də çıxış edir. Portuqal hücumçu ilə klub arasında müqavilə 2025-ci ilə qədər nəzərdə tutulub.


