“Səbail” klubu icarə əsasında bu komandada çıxış edən Ruslan Hacıyev ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçunun klubla icarə müqaviləsinin müddəti bitib. Bu üzdən də klub rəhbərliyi Ruslanla yolları ayırmağa qərar verib
Qeyd edək ki, Ruslan Hacıyev müqavilə ilə “Qarabağ”a məxsusdur. O, “dənizçilər”in heyətində keçirdiyi üç mövsüm ərzində cəmi 27 oyuna çıxıb, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
“Səbail” daha öncə Florian Kadriu, Milovan Petrovik, Luka İmnadze və Ali Siseylə də yollarını ayırmışdı.


