2023/2024 mövsümünə hazırlığını davam etdirən “Səbail” və “Kəpəz” komandaları yoxlama oyununda qüvvələrini sınayacaqlar.
Arena.az xəbər verir ki, sözügedən komandalar iyulun 7-də üz-üzə gəlməyə razılaşıblar.
Bu barədə “Səbail”in mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, yoxlama matçı Bakı Olimpiya Stadionunun köməkçi meydanında baş tutacaq. Oyuna saat 18:00-da start veriləcək.


