Vaxtilə “Qəbələ”nin meneceri kimi çalışmış Səbuhi Səfiyarlı bundan sonra yenidən əyalət klubunun uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə “Qəbələ” rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, bu gün “Qəbələ” İdman Klubunda yeni təyinat reallaşıb. Səfiyarlı klubun idman direktoru vəzifəsinə təyin olunub. Əvvəl də “Qəbələ”də çalışmış Səfiyarlı klub prezidenti Fariz Nəcəfov tərəfindən kollektivə təqdim olunub.
Xatırladaq ki, vaxtilə idman jurnalisti kimi çalışmış Səbuhi Səfiyarlı “Neftçi”də mətbuat xidmətinin rəhbəri olub, həmçinin futbol agenti kimi fəaliyyət göstərib. O, 2013-cü ildən 2019-cu ilə qədər “Qəbələ”nin meneceri olub.



