Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Arena.az xəbər verir ki, ÇL-də debüt edən paytaxt klubu startda Uels çempionu TNS ilə qarşılaşacaq.
Bu komandalar arasındakı ilk oyun Masazırda baş tutacaq. Bu oyunu polşalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Patrik Qriçkeviç olacaq. Ona yan xətt hakimləri Marçin Bonyek və Bartoş Kazinski kömək edəcəklər. Dördüncü hakim isə Voyçex Miç olacaq. VAR-da Kornel Paşkeviçlə Bartoş Frankovski çalışacaqlar.
Cavab görüşü səfərdə keçiriləcəyi üçün Azərbaycan çempionu ilk oyundan mümkün qədər müsbət nəticə ilə ayrılmağa çalışacaq. Əks halda bu rəqibi səfərdə mübarizədən kənarlaşdırmaq xeyli çətinləşə bilər.
Qeyd edək ki, bu komandalar arasındakı cavab qarşılaşması iyulun 14-də Osvestridəki “Park Holl” stadionunda keçiriləcək.
Bu cütün qalibi növbəti raundda “Vardar” (Şimali Makedoniya) – “KuPS” (Finlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsi
7 iyul
20:00. Sabah – TNS
Hakimlər: Patrik Qriçkeviç, Marçin Bonyek, Bartoş Kazinski,Voyçex Miç (Polşa).
Masazır Arena.


