“Sabah” gürcü legioneri ilə yollarını ayırdı

Sabah” hücumçusu Mixeil Erqemlidze ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

22 yaşlı hücumçuyla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Erqemlidzeyə xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Mixeil Erqemlidze 2021-ci ilin avqust ayından “Sabah”da çıxış edirdi.

“Sabah” daha öncə Slavik Alxasov, Şpiro Periçiç, Xulio Sezar Rodriqes, Səlahət Ağayev, Xuan Kamara ilə də yollarını ayırmışdı. Samir Məhərrəmlini “Kəpəz”ə, Veysəl Rzayev və Şakir Seyidovu isə “Turan Tovuz”a icarəyə verən paytaxt klubu, Boyan Letiç, Aleksey İsayev, Elvin Camalov, Bəxtiyar Həsənalızadə və Ceyhun Nuriyevlə də yeni müqavilə bağlayıb. Masazır klubu Tellur Mütəllimov, Anatoli Nuriyev, Davit Volkov, Nicat Mehbalıyev və Namik Ələskərovu da transfer edib.

Xəbəri sosial şəbəkələrdə paylaş: