Futbol üzrə Azərbaycan çempionu “Sabah” bu gün UEFA Çempionlar Liqasının (ÇL) 2-ci təsnifat mərhələsi çərçivəsində cavab oyununa çıxıb.
Arena.az xəbər verir ki, “bayquşlar” Finlandiyanın KuPS komandası ilə üz-üzə gəliblər.
Finlandiyada baş tutmuş cavab görüşünü İsraildən olan hakimlər briqadası idarə edib.
Xatırladaq ki, “Sabah” ilə KuPS arasında ilk oyun bir həftə öncə Masazırda baş tutmuş və Azərbaycan çempionunun 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Bu üzdən də bakılılara səfər matçında mərhələ adlamaq üçün hətta heç-heçə də bəs edirdi. Amma Masazır klubu cavab görüşündə də qələbə qazanmaqla növbəti mərhələyə inamlı şəkildə vəsiqə qazanıb.
Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv ÇL-in 3-cü təsnifat mərhələsində “Orhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə görüşəcək. Məğlub olan tərəf – KuPS isə mübarizəni Avropa Liqasında davam etdirəcək. Sözügedən komanda Avroliqanın 3-cü təsnifat mərhələsində “Levski” (Sofiya, Bolqarıstan) – “Universitatya” (Krayova, Rumıniya) duelinin məğlubu ilə qarşılaşacaq.
Yeri gəlmişkən, “Sabah” bu qələbə sayəsində bu mövsüm ən azı Avropa Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni də rəsmiləşdirib. Komanda ÇL-in 3-cü raundunda mərhələ adlaya bilməsə, Avroliqanın pley-off mərhələsində iştirak hüququ qazanacaq. Orada da uğur qazana bilməyəcəyi halda, “bayquşlar”ı Konfrans Liqasının Liqa mərhələsinin görüşləri gözləyir.
UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
28 iyul
KuPS – Sabah 0:2
Qollar: Velko Simiç, 53. Coy-Lens Mikels, 70.
Hakimlər: Qal Leybovitz, Roy Hassan, Yossi Babayoff, Dekel Zino (hamısı İsrail).
Kuopio. “Kuopion Keskuskentta” stadionu.
KuPS: 1. Yohannes Kreydl, 4. Kasim Nuhu, 8. Petteri Pennanen (k), 10. Valentin Qask, 11. Xayme Moreno, 16. Tommi Jiri, 22. Sayku Touray, 24. Bob Armah, 25. Klinton Antvi, 28. Brahima Maqassa, 29. Akseli Puukkio.
Ehtiyat oyunçular: 12. Rihimaki, 37. Kasperi Silen, 3. Saku Heyskanen, 6. Saku Savolaynen, 13. Niilo Kuyasalo, 17. Arttu Heynonen, 19. Kalvin Kabuye, 20. Pyotr Pajişek, 21. Luyeye Lutumba, 23. Arttu Lötyönen, 30. Rikaro Arauxo, 33. Taneli Hamalaynen.
Baş məşqçi: Miika Nuutinen.
Sabah: 92. Stas Pokatilov (k), 3. Stiv Solvet, 5. Rəhman Daşdəmirov, 7. Umarali Rahmonaliyev, 10 Aleksey İsayev, 11. Kahim Parris, 13. İvan Lepinitsa, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 27. Timoteuş Puxaç, 80. Akim Zedadka.
Ehtiyat oyunçular: 1. Amin Ramazanov, 94. Rəvan Mirzəmmədov, 4. Eyden Makkarti, 6. Abdulla Xaybullayev, 16. Rauf Rüstəmli, 17. Tellur Mütəllimov, 23. Yunes Laşaab, 33. Erivaldo Almeyda, 34. Ksander Severina, 88. Rodriqo Fernandes, 99. Patrik Mbina.
Baş məşqçi: Valdas Dambrauskas.


