“Sabah”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Hayfa “Makkabi”si (İsrail) ilə cavab oyununun hakim təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, UEFA Bakıda keçiriləcək bu qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadasına həvalə edib.
Avqustun 1-də “Masazır Arena”da təşkil olunacaq matçı Peter Kraloviç idarə edəcək. Ona yan xətt hakimləri Tomaş Straka və Matey Zemko kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Boris Marhefka yerinə yetirəcək.
Qeyd edək ki, “Sabah” – “Makkabi” matçına saat 20:00-da start veriləcək.
Bu komandalar arasında iyulun 25-də Macarıstanın Kişvarda şəhərində baş tutacaq ilk qarşılaşmanın hakim təyinatları hələ məlum deyil. “Varkert” stadionunda keçiriləcək bu görüşə isə Bakı vaxtı ilə saat 21:15-də start veriləcək.


