“Sabah”, “Neftçi” və “Qəbələ”nin ilk rəqibləri bəlli olur

Bu gün “Sabah”, “Neftçi” və “Qəbələ” komandalarının Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olacaq.

Arena.az xəbər verir ki, bu mərhələnin püşkatma mərasimi UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında baş tutacaq.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşk zamanı “Neftçi” “səpənlənmişlər”, “Sabah” və “Qəbələ” isə “səpələnməmişlər” səbətində yer alacaq. Püşkatmadan 4 saat öncə qitə futbol qurumu iştirakçıları əmsallarına uyğun qruplara böləcək və potensial rəqib sayları xeyli azalmış və konkretləşmiş olacaq.

Xatırladaq ki, Avropa Konfrans Liqasında 2-ci təsnifat mərhələsində mübarizə aparacaq 90 komandadan 59-u məlumdur. Digər 31 komanda 1-ci təsnifat mərhələsindən gələcək. İlk duellərin qaliblərindən 14-ü “səpələnmişlər”, 17-si isə “səpələnməmişlər” səbətində olacaq.

Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin püşkü ötən gün atılıb. Bu mərhələnin oyunları 13 və 20 iyulda keçiriləcək. 2-ci təsnifat mərhələsinin ilk oyunları 27 iyulda, cavab görüşləri isə 3 avqustda baş tutacaq.

Avropa Konfrans Liqası
2-ci təsnifat mərhələsi

Səpələnmişlər:
1-ci təsnifat mərhələsindən gələcək 14 cütün qalibi
“Brügge” (Belçika)
“Bazel” (İsveçrə)
“Gent” (Belçika)
“Fənərbaxça” (Türkiyə)
ÇFR (Rumıniya)
“Midtyulland” (Danimarka)
PAOK (Yunanıstan)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Viktoriya” (Plzen, Çexiya)
“Bodo Qlimt” (Norveç)
“Lex” (Polşa)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Yurqorden” (İsveç)
APOEL (Nikosiya, Kipr)
“Beşiktaş” (Türkiyə)
ÇSKA (Sofiya, Bolqarıstan)
“Tvente” (Niderland)
“Riyeka” (Xorvatiya)
“Vitoriya” (Portuqaliya)
“Styaua” (Rumıniya)
“Legiya” (Polşa)
“Rusenborq” (Norveç)
“Spartak” (Trnava, Slovakiya)
AEK (Larnaka, Kipr)
“Omoniya” (Kipr)
“KuPS” (Finlandiya)
“Neftçi” (Azərbaycan)
“Osiyek” (Xorvatiya)
“Hibernian” (Şotlandiya)
“Aris” (Saloniki, Yunanıstan)
“Austriya” (Avstriya)

Səpələnməmişlər:
1-ci təsnifat mərhələsindən gələcək 17 cütün qalibi
“Petrokub” (Moldova)
“Drita” (Kosovo)
“Voyvodina” (Serbiya)
“Adana Dəmirspor” (Türkiyə)
“Lütsern” (İsveçrə)
“Vorskla” (Ukrayna)
“Bohemians” (Çexiya)
“Orhus” (Danimarka)
“Beytar” (İsrail)
“Hammarbü” (İsveç)
“Kalmar” (İsveç)
“Levski” (Bolqarıstan)
“Kauno” (Litva)
“Poqon” (Polşa)
“Zalaegerseq” (Macarıstan)
“Keçkemet” (Macarıstan)
“Debretsen” (Macarıstan)
“Sepsi” (Rumıniya)
“Qəbələ” (Azərbaycan)
“Borats” (Bosniya və Herseqovina)
ÇSKA 1948 (Bolqarıstan)
“Sabah” (Azərbaycan)
“Ordabasi” (Qazaxıstan)
“Aktobe” (Qazaxıstan)
“Çelye” (Sloveniya)
“Auda” (Latviya)
“Differdanj” (Lüksemburq)
“Torpedo BelAZ” (Belarus)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: