“Sabah” “Olimpiakos”la qarşılaşacaq

Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışını davam etdirən “Sabah” iyulun 19-da növbəti yoxlama oyununu keçirəcək.

Arena.az xəbər verir ki, Murad Musayevin çalışdırdığı komanda toplanış çərçivəsində keçirəcəyi son yoxlama matçında Yunanıstanın “Olimpiakos” klubuyla qarşılaşacaq.

Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. İyulun 19-da Kematen stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 14:00-da (yerli vaxtla saat 12:00-da) start veriləcək.

Xatırladaq ki, “Sabah” Avstriya toplanışı çərçivəsində keçirdiyi ilk oyunda Qətərin “Əl-Sədd” komandasına 3:1 hesabıyla qalib gəlmişdi. İkinci sınaq matçında isə komanda Almaniyanın “Sankt Pauli” klubuna 1:4 hesabıyla uduzub.

Xəbəri sosial şəbəkələrdə paylaş: